featured-image-6142

Ötən mövsümə nisbətən büdcəsi xeyli artan “Səbail” heyəti yenidən qurur.

Msport.az xəbər verir ki, Mahmud Qurbanovun komandası vaxtilə bu klubda çıxış etmiş legionerlərdən biri ilə anlaşıb. Söhbət 2018-2019-cu illər mövsümündə “Səbail”də oynamış Emil Martınovdan gedir.

30 yaşlı futbolçu artıq Bakıya gələrək komandanın məşqlərinə qoşulub. Dayaq yarımmüdafiəçisi son olaraq Bolqarıstanın yüksək liqasında müabarizə aparan “ÇSKA 1948” klubunda forma geyinib. O, ötən mövsüm 21 oyunda meydana çıxıb və 1 qol vurub.

Xatırladaq ki, futbolçu 2019-cu ildə “Səbail”dən ayrıldıqdan sonra 3 il Bolqarıstanın “Arda” komandasının şərəfini qorumuşdu.

Bənzər xəbərlər