"Səbail" Madaqaskar millisinin hücumçusu ilə anlaşdı
“Səbail” heyətini yeni hücumçu ilə gücləndirib. Msport.az xəbər verir ki, “dənizçilər” Madaqaskar millisinin üzvü Aleksandr Remalingomla anlaşıb.
30 yaşlı futbolçunun son klubu Fransa təmsilçisi “Sedan” olub. O, buna qədər “Virton” (Belçika), “Beziers” (Fransa), “Ayaçço” (Fransa) kimi klublarda çıxış edib.
Remalingom Madaqaskar millisində 7 oyunda meydana çıxıb.
O, ötən mövsüm “Sedan”ın heyətində Fransa Milli Liqasında (səviyyəcə 3-cü liqa) 30 oyunda 13 qol vurub.
AYXAN







