"Şəfa" 3 futbolçunu göndərdi - RƏSMİ
Premyer Liqanın yeni mövsümü üçün heyət quran “Şəfa” 3 futbolçu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, paytaxt klubu qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla yeni müqavilə imzalamayıb.
Qeyd edək ki, Emin Zamanov ötən mövsüm I Liqada 11 qolla “Şəfa”nın ən sərrast futbolçusu olmuşdu.







