"Şəfa"dan daha bir transfer - RƏSMİ
Premyer Liqanın debütantı “Şəfa” daha bir transferini rəsmiləşdirib.
Msport.az xəbər verir ki, paytaxt klubu qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalayıb.
Son olaraq “Sabah”ın formasını geyinən 25 yaşlı qolkiper ötən mövsüm cəmi 2 oyunda meydana çıxıb. Mehbalıyev karyerası ərzində
25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda “Qarabağ” və “Sumqayıt”da olsa da, bu klubların əsas komandasında debüt etməyib.
Qapıçı 2021-2022 mövsümündə “Qəbələ”də 28 oyun keçirib.







