"Şəfa"dan yayın ilk transferi -RƏSMİ
“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, paytaxt klubu Rauf Hüseynlini heyətinə cəlb edib. 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
R.Hüseynli son olaraq “Kəpəz”in heyətində çıxış edib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Qarabağ”ın yetirməsi olan futbolçu karyerası ərzində “Zirə”, “Şamaxı” və “Qəbələ” klublarında da çıxış edib.







