Seleksiya xarakterli görüş
Azərbaycan Voleybol Federasiyası (AVF) uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində növbəti dəfə seleksiya xarakterli görüş təşkil edib.
Msport.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət millilərin baş məşqçisi Şahin Çatma, eyni zamanda, federasiya nümayəndələri bununla bağlı Gəncəyə gediblər.
Səfərdə Şahin Çatma və Gəncə Regional Voleybol Klubunun rəhbərliyi bir neçə orta məktəbdə görüş keçiriblər. Müvafiq kriteriyalara uyğun gələn uşaqlar müəyyənləşdirilib. Seçilən uşaqlar Gəncə Regional Voleybol Klubunda məşqlərə cəlb olunacaqlar.
AVF uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində seleksiya işlərini davam etdirəcək.