featured-image-5223

Bakıda millimizə qarşı oyununda Slovakiya yığmasına rəhbərlik edəcək şəxslərin adları bəlli olub.

Msport.az Slovakiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda Millətlər Liqasının qarşıdakı iki görüşünə Samuel Slovak və Marek Mintalın rəhbərliyi ilə çıxacaq.

Yığmanın yeni baş məşqçisi yay aylarında açıqlanacaq.

Qeyd edək ki, Slovakiya iyunun 10-da Azərbaycanın, 3 gün sonra Qazaxıstanın qonağı olacaq. Komandanın baş məşqçisi Ştefan Tarkoviç Qazaxıstana 0:1 hesabı ilə uduzduqları ev oyunundan sonra istefaya göndərilib.

Bənzər xəbərlər