featured-image-78756

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Msport.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıb.

Qeyd edək ki, Malta ilə yoldaşlıq oyununun (0:2) 86-cı dəqiqəsində rəqibin 2-ci qolundan sonra bu iki futbolçu arasında meydanda əməlli-başlı qarşıdurma yaranmışdı.

Baş məşqçi Ayxan Abbasov mətbuat konfransında bunu qələbə əzmi ilə əlaqələndirmişdi.

Bənzər xəbərlər