Stolüstü tennisçilərimizdən 8 medal
Latviyanın paytaxtı Riqada stolüstü tennis üzrə “Riga City Council’s Youth Cup” turnirinə yekun vurulub.
Msport.az xəbər verir ki, Azərbaycan komandası yarışı 8 mükafatla başa vurub.
Sonuncu gündə Zemfira Mikayılova, Arzu Aslanova və Adil Əhmədzadə 19 yasadək idmançılar arasında bürünc mükafat qazanıb. Rüstəm Hacılı isə təsəlliverici görüşlərdə turnirin xüsusi kubokuna layiq görülüb.
Xatırladaq ki, yarışın ilk günlərində keçirilən digər yaş qrupları üzrə yarışlarda Aylin Əsgərova qızıl, Adil Əhmədzadə ilə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc medala sahib çıxmışdı.