“Sumqayıt”da serbiyalı məşqçi
“Sumqayıt”ın məşqçilər korpusunda yeni təyinat baş tutub.
Msport.az xəbər verir ki, serbiyalı fiziki hazırlıq üzrə mütəxəssis Qoran Başiçlə 1 illik anlaşma imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
38 yaşlı məşqçi karyerası ərzində Serbiyanın “Voyvodina”, Taylandın “Buriram Yunayted” komandasında və Serbiyanın U-18 millisində çalışıb.