featured-image-6154
“Sumqayıt” klubunun yay hazırlıq planı açıqlanıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda iyunun 27-dən etibarən 2022/2023 mövsümü üçün hazırlıqlara start verəcək. Hazırlığın ilk mərhələsini iyulun 15-dək Sumqayıtda keçirəcək Aleksey Baqanın yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.
“Sumqayıt”  hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Bu müddət ərzində “Koru” hotelində məskunlaşacaq komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Bənzər xəbərlər