“Sumqayıt” “Samsunspor”la üz-üzə gələcək
2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” Türkiyədə növbəti yoxlama oyununu keçirəcək.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aleksey Baqanın komandası Türkiyə 1-ci Liqa təmsilçisi “Samsunspor”la üz-üzə gələcək. 25 iyul tarixində Çeşme bölgəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.







