featured-image-8240

2022/23 mövsümünə hazırlığın 2-ci mərhələsi üçün Türkiyəyə yollanan “Sumqayıt”  klubunun təlim-məşq planında dəyişiklik olub.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, meydançaların yaxşı vəziyyətdə olmaması ilə əlaqədar “Sumqayıt” toplanışını Boluda deyil, Ankaranın Qızılcahamam bölgəsində keçirəcək.

Adıçəkilən bölgədə “Çam” hotelində məskunlaşan Aleksey Baqanın yetirmələri plana əsasən bu günü iki məşqlə başa vuracaq.

Bənzər xəbərlər