featured-image-6680

“Sumqayıt” yeni mövsümün hazırlığına start verib.

Msport.az xəbər verir ki, bu gün Aleksey Baqanın rəhbərliyi altında bir araya gələn komanda doğma meydanda ilk məşqinə çıxıb.

Hazırlığın ilk mərhələsi iyulun 15-dək Sumqayıtda davam edəcək. Aleksey Baqanın yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Bu müddət ərzində “Koru” hotelində məskunlaşacaq komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi hələ müəyyənləşməyib.

Bənzər xəbərlər