featured-image-5804

İsveçrənin “Sürix” klubunun baş məşqçisi Franko Foda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışıb.

Msport.az xəbər verir ki, baş məşqçi, “Qarabağ”ın avrokuboklardakı uğurlu oyunu barədə də fikirlərini bildirib:

“Həm “Lex”, həm də “Qarabağ” yüksək keyfiyyətlərə malik komandadır”.

Foda, Polşa və Azərbaycan komandaları barədə məlumat toplayacaqlarını, növbəti mərhələyə çıxmaq üçün əllərindən gələni edəcəklərini deyib.

“Qarabağ” – “Lex” cütünün qalibi ilk oyununu 19/20 iyulda evdə, cavab görüşünü 26/27 iyulda səfərdə keçirəcək.

Bənzər xəbərlər