featured-image-8983

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sürix” – “Qarabağ” oyununa 8 min bilet satılıb.

Msport.az xəbər verir ki, stadiona 10 min azarkeşin gəlməsi gözlənilir.

Oyunun keçiriləcəyi “Letziqrund” stadionu 26 104 tamaşaçı tutumuna malikdir.

Sabah baş tutacaq “Sürix” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bakıdakı ilk görüşdə Azərbaycan çempionu 3:2 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər