featured-image-25290

“Holifildin qulağını dişləməyim mənə bir neçə milyon dollar qazandırdı”

Msport.az xəbər verir ki, bunu ABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson “ES News”a açıqlamasında deyib.

Superağır çəkidə keçmiş mütləq dünya çempionu bildirib ki, bu, indiyə qədər karyerasında etdiyi ən yaxşı hərəkətdir: “Onu dişləmək fikrində deyildim, amma iş baxımından bu, yaxşı qərar idi. Həmin şəkillərdən nə qədər pul qazandığımı xatırlayıram. Üç milyon dollardan çox gəlir əldə etdim. Ona görə də bu hərəkətə görə heç vaxt özümü qınaya bilmərəm”.

Qeyd edək ki, Mayk Tayson 1997-ci ildə döyüş zamanı Evander Holifildin qulağını dişləyib. Bunun üçün “Dəmir Mayk” ləqəbli veteran idmançı diskvalifikasiya olunub.

CAHİD 

Bənzər xəbərlər