featured-image-3466

Azərbaycanın U-17 yığmasının baş məşqçisi Elxan Abdullayev UEFA İnkişaf turniri çərçivəsində Gürcüstanda keçirilmiş Zambiya ilə oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Yaxşı rəqibə qarşı oynadıq. Təəssüf ki, istədiyimiz oyun alınmadı. Buna səbəb isə rəqibin bizə qarşı güclü təzyiq göstərməsi idi. İlk dəfədir ki, millimiz Afrika komandasına qarşı oynayırdı. Bu, bizim gənc futbolçular üçün bir təcrübədir. Turnir hələ bitməyib, qarşıda Gürcüstan millisi ilə oyunumuz var. Əsas işimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşmaqdır. Bu cür beynəlxalq oyunlar keçirməklə böyük təcrübə qazanırıq. Zambiya fiziki cəhətdən güclü bir kollektivdir və onlar bu görüşdə qələbəyə daha layiq idi”.

Bənzər xəbərlər