featured-image-40397

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov və Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova növbəti dəfə təyinat alıblar.

Msport.az xəbər verir ki, onlar 18 yaşadək oğlanlar arasında Gürcüstanın Telavi şəhərinə keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iş başında olacaqlar.

Zülfüqarov dekabrın 5-9-u aralığında təşkil olunacaq yarışda ədaləti qoruyacaq. İsmayılova isə turnirdə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları iştirak edəcək.

Bənzər xəbərlər