featured-image-38522

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxacaq.

Msport.az xəbər verir, təmsilçimiz Ukrayna “Balta”sı ilə qarşılaşacaq.

Komandalar arasında ötən gün keçirilən görüşdə “Azərreyl” 3:0 hesablı qələbə qazanıb. Cavab matçı da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Ancaq bu dəfə ukraynalılar meydan sahibi qismində çıxış edəcəklər.

Çelenc Kuboku
1/32 final, cavab oyunu
18 oktyabr

20:00. “Balta” (Ukrayna) – “Azərreyl” (Azərbaycan)
Bakı. Voleybol Mərkəzi.
İlk oyun – 0:3.

Bənzər xəbərlər