Təmsilçimiz cavab oyununa çıxır
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” bu gün Çelenc Kubokunda növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda “Panatinaikos”un qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Bakıdakı ilk matçda rəqib 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).