featured-image-39948

Kişi basketbolçulardan ibarət “Sabah” komandası bu gün FIBA Avropa Kubokunda sonuncu oyununu keçirəcək.

Msport.az xəbər verir ki, ölkə çempionu D qrupundaÇexiyanın “Nimburk” klubu ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq VI turun matçı saat 19:00-da start götürəcək.

Hazırda hesabında 6 xal olan “Sabah”ın II mərhələyə vəsiqə qazanmaq şansı qalmayıb. “Nimburk” isə 9 xalla ikinci pillədə qərarlaşıb. Son tur ərəfəsində qrup lideri olan Türkiyə klubu “Bağçaşəhər” də 9 xala malikdir.

Bənzər xəbərlər