featured-image-17565

Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat”da ağır çəkidə titul görüşünə çıxacaq.

Msport.az xəbər verir ki, Ağayev dekabrın 17-də ABŞ təmsilçisi Raymond Danielslə qarşılaşacaq.

37 yaşlı idmançı “İnstagram” hesabında hər kəsdən dua etməsini xahiş edib:

“Allah utandırmasın. Hər kəs dua etsin. Əlimdən gələni edəcəm. Bu kəməri qazansam, yeni versiya üzrə dünya çempionu olacam”.

Bənzər xəbərlər