featured-image-5154

Belarus yığmasının qapıçısı Pavel Pavlyuçenko Millətlər Liqasının 2-ci turunda Azərbaycanla qolsuz heç-heçə etdikləri matç barədə danışıb.

Msport.az xəbər verir ki, 24 yaşlı qolkiper Belarus Futbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib:

“3 xal qazana bilmədiyimiz üçün məyusuq. Biz rəqibi sıxmalı idik. Çünki onlar oyunun sonlarında qırmızı vərəqə almışdılar. Bizə qələbə lazım idi. İlk növbədə komanda oyunu gəlir. Düzdür, 1 xal qazandıq, top buraxmadım, amma top buraxıb 2:1 hesabı ilə qalib gəlsək, bundan yaxşı olardı. Bayağı səslənsə də, Qazaxıstanla oyuna ancaq 3 xal, ancaq qələbə üçün çıxacağıq”.

Bənzər xəbərlər