"Turan Tovuz" ilk transferlərini açıqladı
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” ilk transferlərini açıqlayıb.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz komandası qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevlə anlaşıb.
Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu “Şamaxı” olub.