featured-image-6854

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda  “Sabah”ın yarımmüdafiəçisi Veysəl Rzayevi icarəyə götürüb.

20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Veysəl Rzayev 2019-2020 mövsümündə “Turan Tovuz”un heyətində I Divizionun qalibi olub.

Bənzər xəbərlər