featured-image-28588

“Turan Tovuz”un əsas sponsoru “Huner Group”un rəhbəri Ehtiram Quliyev sosial şəbəkədə azarkeşlərə çağırış edib. Msport.az xəbər verir ki, iş adamı azarkeşləri “Neftçi” ilə Bakıda keçiriləcək Azərbaycan kubokunun yarımfinal oyununa dəvət edib:

“Yolumuz da, sevdamız da, hətta komandamız da TURANDIR. Dostlar, hamınızı aprel 26-sı 20:00-da “Bakcell Arena”da Azərbaycan kubokunun yarımfinal oyununa “Turan”ı dəstəkləməyə dəvət edirəm. Qeyd edim ki, ilk oyun 1:0 “Turan”ın “Neftçi” üzərində qələbəsi ilə yekunlaşıb.

Dəstək olaq və ev oyunlarında ən çox azarkeşi olan “Turan”ı qəriblikdə qoymayaq”.

AYXAN 

Bənzər xəbərlər