featured-image-7924

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” təlim-məşq toplanışını davam etdirir.

Msport.az xəbər verir ki, artıq Tovuz təmsilçisinin ilk yoxlama oyunu üçün rəqibi də müəyyənləşib.

Ayxan Abbasovun komandası “Şamaxı” ilə qüvvəsini sınayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bu komandaların oyunu iyulun 15-də Şamaxı şəhər stadionunda baş tutacaq. Oyuna saat 18:00-da start veriləcək.

Bənzər xəbərlər