featured-image-36580

Qadın voleybolçular arasında Avropa çempionatı başa çatıb. Belçikanın paytaxtı Brüsseldə baş tutan final oyununda Türkiyə və Serbiya milli komandaları qarşılaşıb.

Msport.az xəbər verir ki, gərgin keçən matçın taleyi 5 setdə həll olunub. Oyunun gedişində iki dəfə setlərin hesabına geri düşən “ay-ulduzlular” yekunda tay-brekdə qalib gəlməyi bacarıb – 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13).

Bununla da Türkiyə yığması tarixində ilk dəfə Avropa çempionu adını qazanıb. 2003 və 2019-cu illərdə finalda uduzan qardaş ölkə təmsilçisi 3-cü dəfə yüksəldiyi həlledici qarşılaşmada qalib gəlib.

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Niderland İtaliyanı məğlubiyyətə uğradıb – 3:0 (25:23, 28:26, 25:20).

Bənzər xəbərlər