featured-image-76377

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirəcək.

Msport.az xəbər verir ki, U-19 Şimali İrlandiya ilə üz-üzə gələcək.

B Liqasının 6-cı qrupunun matçı Litvanın Kaunas şəhərindəki “Raudondvario” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Litvaya uduzub – 0:4.

Bənzər xəbərlər