U-21 Portuqaliyadan 4 qol buraxdı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda 8-ci kilometr qəsəbə stadionunda Portuqaliya ilə üz-üzə gəlib. Komandalar fasiləyə qolsuz yollansalar da, Portuqaliya ikinci hissədə 4 top vurub.
27 mart
Avropa çempionatı
Seçmə mərhələ
15:00 Azərbaycan U-21 – Portuqaliya U-21 0:4
Qollar: Moreyra, 51, Parente, 53, Çermiti, 66, Simues, 75
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
Bakı, 8-ci km qəsəbə stadionu
Qeyd edək ki, Azərbaycan millisi B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 13 xalla birinci pillədə qərarlaşıb.







