featured-image-78820

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

“Sav” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-21 millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyni 3:0 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər