U-21 Türkiyədə ilk yoxlama oyununa çıxır
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçi olduğu komanda Bəhreynlə qarşılaşacaq.
İsparta şəhərindəki “Sav” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Həmin oyun iyunun 9-da olacaq.







