featured-image-6591

Bu gün UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsinin 1-ci qrupunda növbəti oyun keçiriləcək.

Msport.az xəbər verir ki, Estoniya təmsilçisi “Tallinna Zapoos” Qazaxıstanın “Kaskelen” komandası ilə qarşılaşacaq.

Artıq bu qarşılaşmanı idarə edəcək hakimlər də məlumdur. Matçın baş hakimi azərbaycanlı FİFA referisi Elçin Məsiyev olacaq. Ona digər azərbaycanlı hakim Elşad Abdullayevlə Sloveniyadan olan həmkarları yardım edəcək.

UEFA Region Kuboku
İlkin mərhələ, 1-ci qrup
25 iyun

“Tallinna Zapoos” – “Kaskelen”
Baş hakim: Elçin Məsiyev (Azərbaycan)
Baş hakimin köməkçiləri: Elşad Abdullayev (Azərbaycan), David Gabrovec (Sloveniya)
Dördüncü hakim: David Smayc (Sloveniya)
ASK Arena. Saat 16:00.

Bənzər xəbərlər