featured-image-7964

Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal hesabını açıb.

Msport.az xəbər verir ki, bu, “Qarabağ”ın Polşa “Lex”i ilə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə əldə etdiyi 5:1 hesablı qələbə sayəsində mümkün olub.

Bu qalibiyyət cari mövsümdə 4 klubla təmsil olunan Azərbaycanın aktivinə 0.250 xal gətirib.

Azərbaycan son 5 mövsüm üzrə xal sayını da 12.875-ə çatdırıb. Hazırda ölkəmiz bu göstərici ilə 55 UEFA üzvü arasında 29-cu pillədə qərarlaşıb. Bizdən öndə 13.750 xala malik Polşa qərarlaşıbsa, 30-cu yerdə Qazaxıstan (11.625) var.

Xatırladaq ki, Azərbaycanı bu mövsüm avrokuboklarda “Neftçi”, “Zirə” və “Qəbələ” də təmsil edəcək. Bu komandalar Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.

Bənzər xəbərlər