featured-image-33117

Ukrayna Futbol Assosiasiyası (UAF) Avropa klublarının Sankt-Peterburqda keçirilən “Match TV” turnirində iştirakını yolverilməz hesab edib.

Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UAF bu səbəbdən FIFA UEFA-ya müraciət ünvanlayıb.

Müraciətdə bildirilib ki, Avropa futbol ictimaiyyəti Rusiya komandalarının iştirakı ilə keçirilən yarışlarda iştirak etməməli, eləcə də bu ölkədə təşkil olunan turnirlərdə oynamamalıdır.

Qeyd edək, “Match TV” turnirində “Zenit”, Serbiyanın “Srvena Zvezda”, Türkiyənin “Fənərbağça” və Azərbaycanın “Neftçi” klubları iştirak edirlər.

CAHİD

Bənzər xəbərlər