“Ümid edirəm ki,istədiyimiz oyunu…” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la yoxlama oyunundan (1:3) sonra fikirlərini bildirib:
Msport.az xəbər verir ki, o, hazırlıqlarını tamamladıqlarını deyib:
“Düşünürəm ki, hər iki komandanın futbolçuları meydanda istəkli idilər. Ən vacib olan hazırda ayın 10-da “Şamaxı” ilə oyuna hazır olmaqdır. Demək olar ki, bu gün hazırlığımızı tamamladıq. Bundan sonra oyun həftəsinə girəcəyik. Ümid edirəm ki, həmin matçda istədiyimiz oyunu nümayiş etdirib nəticə qazanacağıq”.







