"Uzun müddətdir qələbə qazana bilmirik" - Emin Mahmudov
Sent Lüsiya ilə oyunda qələbə Azərbaycan millisi üçün çox vacibdir.
Msport.az xəbər verir ki, bu barədə komandanın kapitanı Emin Mahmudov mətbuat konfransında bildirib.
33 yaşlı yarımmüdafiəçi “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri matçdan əvvəl fikirlərini bölüşüb:
-2026-cı ildəki ilk oyunda yaxşı çıxış etmək istəyirik. Qələbə qazanmaq bizim üçün çox vacibdir. Asan rəqib yoxdur. Uzun müddət qələbə qazana bilmirik. Meydana qalibiyyət üçün çıxmalıyıq”.
– Belə rəqiblərə qarşı oynamaq daha çətindir?
– Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdir. Hansı rəqib olursa-olsun qalib gəlməliyik.
Martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.







