featured-image-6341

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı azərbaycanlı futbolçu və məşqçi Vəli Qasımov olub.

Msport.az xəbər verir ki, Ədalət Şükürov studiyaya zəng vuraraq Vəli Qasımovla ispanca danışıb.

Müğənni ispan dilini necə öyrəndiyini qeyd edib: “İspan dilini Sankt-Peterburqda öyrənmişəm, amma Bakıya qayıdanda danışmağa adam tapmıram. Çox istəyərdim Vəli müəllim bu dili unutmasın. Dünyada ikinci dildir”.
Milli komandamızın sabiq üzvü Vəli Qasımov isə İspaniyanın “Betis”, “Albasete”, “Esixa” klublarında çıxış edib.

Bənzər xəbərlər