“Xarı Bülbül” cavab oyununa çıxacaq
Bu gün kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirəcək.
Msport.az xəbər verir ki, Şuşa təmsilçisi 1/32 finalın cavab oyununda Slovakiyanın “TJ Spartak” klubu ilə üz-üzə gələcək.
Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. “Xarı Bülbül” ötən gün eyni arenada baş tutan ilk matçda inamlı qələbə qazanıb – 3:0.