“Xarı Bülbül” ilk oyununa çıxacaq
Bu gün kişi voleybolçulardan ibarət “Xarı Bülbül” klubu Çelenc Kubokunda ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda 1/32 finalın ilk matçında Slovakiya təmsilçisi “TJ Spartak” klubu ilə görüşəcək.
Bakıdakı Voleybol Mərkəzində reallaşacaq matç saat 18:00-da başlanacaq. Qarşılıqlı razılığa əsasən, cavab oyunu da sabah eyni arenada olacaq.