featured-image-26729

2004-cü il 13 oktyabr. Azərbaycan milli komandası DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına stadionda İngiltərəni qəbul edir. Onda yığmamız indiki kimi Bakıda kimə gəldi, böyük hesabla uduzmurdu. Heyətində Ueyn Runi, Maykl Ouen, Frenk Lempard, Rio Ferdinand, Hari Nevil kimi ulduzları olan britaniyalılar da səfərdən 1:0 hesablı çətin qələbə ilə dönmüşdülər. Ouenin vurduğu qol matçda yeganə olmuşdu.

Bu foto matçın sonlarında çəkilib. Baş məşqçi Karlos Alberto Torres Qurban Qurbanovu 59-cu dəqiqədə Samir Əliyevin əvəzinə meydana buraxmışdı. Amma həmin vaxt “Neftçi”də çıxış edən hücumçunun cəhdləri bir nəticə verməmişdi. Bu epizodda isə Qurbanov qonaqların müdafiə xəttini yarmaq istəyir. Frenk Lempard komanda yoldaşlarına köməyə gəlib. Arxa planda Aftandil Hacıyev diqqətlə vəziyyəti izləyir. 11 nömrə isə indi “Turan Tovuz”un idman direktoru işləyən Nadir Nəbiyevdir.

Yeri gəlmişkən, İngiltərəyə qarşı matçda indikindən fərqli olaraq, yığmamızın heyətində “milliləşmiş” futbolçu olmayıb.

Cahangir Həsənzadə, Rafael Əmirbəyov, Aftandil Hacıyev, Mahir Şükürov, Emin Quliyev (İlqar Qurbanov, 74), Kamal Quliyev, Rəşad Sadıqov, Aslan Kərimov, Samir Əliyev (Qurban Qurbanov, 59), Anatoli Ponomaryov, Nadir Nəbiyev (Rəşad Abdullayev, 80).

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər