Yığmamızdan dördüncü məğlubiyyət
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında ardıcıl dördüncü oyununda məğlub olub.
Msport.az-ın məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv bu dəfə Litva ilə bacarmayıb.
Əvvəlki turlarda Latviya, Ukrayna və Estoniyaya 0:3 hesabı ilə uduzan millimiz litvalılara da eyni hesabla yenilib – 0:3 (7:25, 14:25, 13:25).
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.