Yığmamızdan ikinci məğlubiyyət
18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ikinci matçında ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib – 0:3 (7:25, 17:25, 18:25). Komanda ilk görüşdə Polşaya da eyni hesabla uduzmuşdu.
Azərbaycan millisi dekabrın 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.