Yüksək Liqanın debütantından daha bir transfer
Qadın voleybolçulardan ibarət “Gəncə” komandası heyətinə yeni legioner qatıb.
Msport.az xəbər verir ki, rusiyalı Anna Dmitriyeva transfer edilib.
O, yeni mövsümdə Yüksək Liqada debüt edəcək “Gəncə” ilə birillik müqavilə bağlayıb. Dmitriyeva ötən mövsümü ölkəsinin “Peterburq-Qaz” komandasında keçirib. O, belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında oynayacaq.
Qeyd edək ki, “Gəncə” mövsümün startı ərəfəsində Azərbaycan millisinin üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.