featured-image-8899

İsrailin “Makkabi” (Tel-Əviv) klubunun yeni transferi Eran Zahavi Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə cavab oyununu da buraxacaq.

Msport.az xəbər verir ki, 35 yaşlı hücumçu zədədən sonra hələ də komanda ilə birgə hazırlıqda iştirak etmir.

Fərdi məşqlərlə kifayətlənən tanınmış forvardın daha bir müddət oynamayacağı dəqiqləşib. Onun kollektivlə məşqlərə nə vaxt başlayacağı bəlli deyil.

Zahavi Bakıda 3:0 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmada da meydana çıxmayıb.

İyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Qartallar” Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.

Bənzər xəbərlər