featured-image-6886

“Şamaxı”nın sabiq baş məşqçisi Zaur İsmayılov İsveçdə “Yurqorden”  klubunun düşərgəsindədir.

Msport.az xəbər verir ki, 44 yaşlı mütəxəssis PRO lisensiyası ilə əlaqədar bir həftə klubun bazasında olacaq, məşq prosesini yaxından izləyəcək. İsmayılov səfər zamanı baş məşqçi Kim Berqstrand və idman direktoru Bo Anderssonla görüşüb.

Gənc məşqçi mövsüm başa çatdıqdan sonra “Şamaxı”dakı rəhbər dəyişikliyinə görə klubdan ayrılıb.

Qeyd edək ki, “Yurqorden” hazırda davam edən İsveç çempionatında 3-cü yeri tutur. Komanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Riyeka” klubu ilə qarşılaşacaq.

 

media-WhatsApp Image 2022-06-29 at 15.30.44 (1)media-WhatsApp Image 2022-06-29 at 15.30.43

Bənzər xəbərlər