featured-image-6943

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Makkabi Tel Əviv” yoxlama oyunu keçirib. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderlandda təlim-məşq toplanışında olan komanda ilk sınağına çıxıb. İsrail təmsilçisi Almaniyanın “Alemanniya” klubuna 0:1 hesabı ilə məğlub olub.

Baş məşqçi Vladimir İviç demək olar ki, sərəncamında olan bütün futbolçulara şans verib.

“Makkabi”nin start heyəti: Daniel Perets, Andre Ceralds, İdan Naxmias, Şaran Yeni, Enrike Sborit, Ofir Davidzada, Yuris van Obri, Eyal Qolsa, Qabi Kanikovski, Elon Almoq, Stifa Fritsa.

İkinci hissənin heyəti: Daniel Tennenbaum, Maor Kandil, Şaxar Fiben, Nadav Nidam, Qay Mizraxi, Den Qleyzer, Den Bitton, Parfa Güayqon, Brandli Kubas, Eduardo Qerrero, Corciya Yovanoviç.

 

Bənzər xəbərlər