"Zirə"nin rəqibindən gənc oyunçu ilə 3 illik müqavilə
“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi” (Tel-Əviv, İsrail) futbolçusu Parfeit Giaqonla müqaviləni yeniləyib.
Msport.az xəbər verir ki, bu barədə Təl-Əviv təmsilçisinin rəsmi saytı məlumat yayıb. Klub kot-d`İvuarlı oyunçu ilə 3+1 illik sözləşmə imzalanıb.
21 yaşlı yarımmüdafiəçi 2019-ci ildən paytaxt klubunda çıxış edir. O, 2021/2022 mövsümünü icarə əsasında Netaniya “Makkabi”sində keçirib.
Qeyd edək ki, “Zirə” ilə “Makkabi” arasında iyulun 21-i “Dalğa Arena”da keçiriləcək ilk oyun saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.