16 nəfərə 2 medal - Cüdo yığmamızın Antalyadakı nəticəsi
Cüdo üzrə milli komandamız Türkiyənın Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirində 2 medal qazanıblar.
Msport.az xəbər verir ki, bu gün tatamiyə çıxan Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Daha əvvəl yığmamızın üzvlərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib olmuşdular.
Qeyd edək ki, komandamız yarışda 16 idmançı ilə təmsil olunurdu.
AYXAN